“Azərbaycan buna layiqli cavab verəcək!” – İlham Əliyev Gəncəyə hücum haqda

ilham eliyevAzərbaycan Prezidenti İlham Əliyev Ermınistanın Gəncəyə artilleriya zərbələri endirməsi ilə bağlı “Tvitterdə” paylaşım edib.

araztv.com xəbər verir ki, Prezident Azərbaycanın bütün bunlara layiqli cavab verəcəyini bildirib.

“Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!

Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”, – deyə İlham əliyev vurğulayıb.

“Azərbaycan buna layiqli cavab verəcək!” – İlham Əliyev Gəncəyə hücum haqda

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir