Erməni keşiş Nikolu ifşa etdi: Döyüşən Türkiyə deyil…

pasinyan 2Ermənistan Türkiyə ilə döyüşmür.

 Turkustan.info xəbər verir ki, bunu erməni yepiskop Parq erməni mətbuatına açıqlamasında deyib.

Yepiskop bu cür iddiaları həddən artıq şişirdilmiş saydığını söyləyib:

“Hazırkı şəraitdə Ermənistanın Türkiyə ilə müharibə apardığını deməzdim. Bu, çox mübaliğəli çıxır. Türkiyənin bu müharibədə birbaşa iştirakına inanmıram. Türkiyənin bu müharibədə iştirak edib-etməməsi ilə bağlı baş sındıranlara isə demək istəyirəm ki, vaxt itirməsinlər. Qarşılarındakılarla mübarizə aparsınlar”.

Qeyd edək ki, Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Nikol Paşinyan hakimiyyəti növbəti yalana əl ataraq, guya döyüşdə Türkiyənin birbaşa iştirak etdiyini bildirməklə, maraqlı qüvvələrdən yardım almağa çalışır.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir