Azər Həsrət beynəlxalq tədbirdə Ermənistanın yalanlarından danışıb

Azer hesret tedbirMətbuat Şurasının İdarə Heyətinin üzvü işğalçı ölkənin dezinformasiya siyasətini ifşa edib

 
Azərbaycan Mətbuat Şurasından araztv.com-a verilən məlumata görə, qurumun İdarə Heyətinin üzvü və beynəlxalq əlaqələr komissiyasının sədri Azər Həsrət ATƏT-in Özbəkistandakı layihə koordinatorluğu və Özbəkistan Milli KİV-ə Dəstək və İnkişaf İctimai Fondunun təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak edib. Sentyabrın 28-də keçirilən həmin konfransın mövzusu Beynəlxalq İnformasiyaya Giriş Gününə həsr edilib.
 ATƏT-in bir neçə qurumunun təmsilçiləri, eləcə də Beynəlxalq Mətbuat İnstitutu, BMT, Article 19 kimi qurumların nümayəndələrinin, həmçinin Özbəkistanın ayrı-ayrı nazirliklərinin vəzifəli şəxslərinin çıxış etdiyi konfransa Özbəkistanın xarici ölkələrdəki səfirləri də daxil olmaqla 170-dən çox iştirakçı qatılıb.
Konfransda çıxış edən Azər Həsrət Azərbaycanın hazırda Ermənistanın təcavüzünə qarşı gördüyü tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. O, eyni zamanda ölkəmizdə hərbi vəziyyətin elan edildiyini, ermənilərin dezinformasiya yaydıqlarını qeyd edib. Mətbuat Şurasının nümayəndəsi iştirakçıların diqqətini müharibə şəraitində informasiyaya giriş məsələsinə çəkib.
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir