Azərbaycan Ordusundan daha bur uğurlu əməliyyat: “Ermənistanın 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib”

raket yaylimjpeg 1593690823Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

araztv.com-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

O bildirib ki, nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb: “Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib”.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir