Prezidentin köməkçisindən beynəlxalq ictimaiyyətin çağırışlarına reaksiya:: “Ordumuz Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir”

hikmet haciyev esasjpg 1601204296“Biz təmas xəttində yaranan vəziyyətə görə beynəlxalq ictimaiyyəti başa düşürük”.

araztv.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz süverən ərazilərimizdə fəaliyyət göstərərək Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir: “Ermənistanın bu günə qədər yürütdüyü siyasət danışıqlar prosesinin məhvinə gətirib çıxarıb. Bu, Azərbaycana qarşı növbəti təcavüz aktı kimi qiymətləndirilir”.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir