XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı – Faiq Bağırov nələrdə ittiham olunurdu?

faiq bagirovjpeg 1594623127Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

araztv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun vəkili Bə

ylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov külli miqdarda rüşvət almaqda ittiham edilir.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir