Azərbaycanın bu rayonunda postlar quruldu – SƏBƏB

yanQubanın Dəlləkli kəndində yanğınlar baş verib.

Pravda.az xəbər verir ki, buna görə kəndin girişində postlar qurulub. Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin 4 yerində yanğın olub.  Kənd sakinlərinə məxsus tayaları və tövlələri yandırıblar. Gün ərzində 4 ayrı yerdə yanğınlar baş verib.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qəsdən törədilməsi güman edilir. Məsələni polis araşdırır.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev də baş çəkib.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir