Tanınmış cərrah ömrü 12 il uzatmağın sirrini açıqladı – ÇOX SADƏ ÜSUL

uzunomurluTanınmış ürək cərrahı Leo Bokeriya ömrü uzatmaq üçün həftədə ən azı iki saat gəzməyi məsləhət görüb.

araztv.com Unikal.org-a istinadla xəbər verir ki, həkim bu barədə Moskva Beynəlxalq Kitab Sərgisində çıxış edərkən deyib.

“Həftədə iki saat gəzən insanlar oturaq həyat tərzi keçirənlərdən 8-12 il daha çox yaşayır. Bu barədə sübut olunmuş elmi tədqiqatlar var. Mütəmadi olaraq gəzən insanın əlavə fiziki məşqlərə də ehtiyacı var. Eyni zamanda heç vaxt aktiv idmanla məşğul olmayan insan idmana başlamazdan öncə mütləq həkim müayinəsindən keçməlidir” , – deyə o qeyd edib.

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir