Afaq Bəşirqızının oğlu yeni direktor təyin olunan xanımını boşayır – Məhkəmə qalmaqalı + Açıqlama

2016 11 25 15 10 27afaq besirqiziAfaq Bəşirqızının oğlu məktəb direktoru olan gəlinini boşayır.

araztv.com  xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Xalq artistinin oğlu Təhməzov Səmral Əhməd oğlu nikahın pozulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək.

Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb.

Xalq artisti Afaq Bəşirqızı isə Teleqraf.com-a açıqlamasında yayılan xəbərə belə cavab verib: “Düzgün informasiya deyil”.

Xatırladaq ki, ötən ayın 14-də Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya  ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir