Azərbaycanlı qadın “Coca-Cola” şirkətinə baş direktor – Təyin Edildi

bandicam 2020 09 13 22 12 08 160Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib.

Eləcə də bax: Azərbaycanda məşhur şirkətə – RƏHBƏR TƏYİN EDİLİB

FED.az xəbər verir ki, şirkətdən daxil olan məlumata görə, Rəna Məmmədova sentyabr ayının 1-dən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, “Azərbaycan Coca-Cola Bottlers” MMC Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində Coca-Cola şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən “Coca-Cola İçecek” (CCİ) şirkətinin bir hissəsidir.

“Coca-Cola İçecek” şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə “Coca-Cola İçecek” Türkiyə ofisinin Baş Direktoru təyin edilib.

Ölkənin qida sənayesində 30 illik təcrübəyə malik Rəna xanım 1996-cı ildən “Coca-Cola İçecek” şirkətində Keyfiyyətə Nəzarət Meneceri vəzifəsində işə başlayıb və bu müddət ərzində bir sıra rəhbər vəzifələrə təyin edilib. 2018-ci ildən Coca-Cola-nın Azərbaycan və Türkmənistan ölkələrinin Təchizat Sistemləri Direktoru vəzifəsində çalışıraq istehsal, keyfiyyətə nəzarət, planlaşdırma və satın alma, distribütorluq, texniki dəstək, optimallaşdırma kimi təchizat zənciri proseslərinə rəhbərlik edib. Coca-Cola Sisteminin ən uğurlu qadın rəhbərlərindən olan Rəna Məmmədova Bakı Dövlət Universitində mikrobiologiya ixtisası üzrə bakalavr və magistr təhsili alıb, Biologiya üzrə Fəlsəfə Doktorudur. (Marja)

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir