Belarusda aksiyalar zamanı 114 nəfər həbs edildi

dunyaSentyabrın 12-də Belarusda icazəsiz keçirilən aksiyalar zamanı daha 114 nəfər saxlanılıb.

araztv.com bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib: 

“Respublikanın beş regionunda keçirilmiş 12 etiraz aksiyasının iştirakçılarının ümumi sayı 1 700 nəfəri keçməyib. Bununla yanaşı, paytaxtda icazəsiz tədbirlər bir neçə yerdə qeyd edilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyin pozulmasına görə ümumilikdə 114 vətəndaş saxlanılıb (onlardan 99-u Minskdə). 

Həmçinin bildirilir ki, “ölkənin üç regionunda sülh, təhlükəsizlik və əmin-amanlığa dəstək məqsədilə 50 mindən çox insanın iştirak etdiyi yeddi kütləvi tədbir keçirilib”.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir