Siyavuş Novruzovun kabineti boşaldıldı

siyavuşAzərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib.
araztv.com Pravda.az-a istinadən xəbər verir ki, S.Novruzov partiyanın qərargahına gəlmir.
Onun kabineti də boşaldılıb.
Məlumatda o da qeyd olunub ki, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur.
Qeyd: S.Novruzov hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir.
araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir