Namiq Həsənov vəfat etdi

big 1599566930 namNaxçıvan Muxtar Respublikası Ali Məclisinin (Soveti) sabiq sədri Namiq Həsənov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 76 yaşlı N. Həsənov xəstəlikdən sonra vəfat edib. 

Namiq Həsənov 1990-92-ci illərdə Naxçıvan Daxili İşlər Nazirliyinin polkovniki olub. 1994-cü ilin aprel ayından 1995-ci ilin iyul ayınadək Naxçıvana rəhbərlik edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə onun son iş yeri respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsi olub. Bu vəzifəni 1995-2000-ci illərdə icra edib. 

Qeyd edək ki, Namiq Həsənovun oğlu Həbib Həsənov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisidir. 

Allah rəhmət eləsin!

 

 

 

 

 

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir