“Fransaya güvənməyin, Türkiyə regional supergücdür” – Yunan deputatdan hökumətinin ünvanına sərt ittihamlar

Liana20Kanelliunanıstan parlamentinin deputatı Liana Kanelli qonaq olduğu televiziya proqramında ölkəsinin 

Aralıq dənizi siyasətini tənqid edib.

Avropa.info xəbər verir ki, deputat Yunanıstanın Fransaya etibar etməklə ölümcül səhvə yol verdiyini deyib:

“Bəzilər Yunanıstan-Fransa ittifaqı şüarları səsləndirir. Vaxtilə Fransa prezidenti Jiskar d`Estenin buraya gəlməsi üçün önündəki ağacları kəsirdik. Kimsə bizim üçün buraya gəlmədi, Liviyaya getməyi seçənlər bizim üçün bura gəlməzlər. Kimsə bizi sevdiyi üçün Yunanıstana gəlmir. Yunan maraqları üçün ölmür”.

Türkiyə prezidenti Ərdoğanın Türkiyənin maraqlarına sahib çıxan strateji zəka olduğunu səsləndirən Kanelli “Türkiyə regional supergücdür” deyibY.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir