
Bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.
K.Əliyev qeyd edib ki, el arasında “mikroavtobus” adlandırılan, əslində isə 7-8 nəfərlik minik avtomobili olanlar da rayonlara gedib-gələ bilərlər: “Əlbəttə ki, onlar taksi xidməti göstərirlər. Taksi sürücüləri tibbi-metodiki tövsiyələrə uyğun fəaliyyət göstərməlidirlər. Sürücü ilə sərnişin arasında şəffaf arakəsmə mütləq olmalı, sərnişinlərin sayı 2-dən artıq olmamaqla arxa oturacaqdan istifadə edə bilərlər. Avtobusların fəaliyyəti isə şəhər və rayon daxilidir”.
Onun sözlərinə görə, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə postların fəaliyyətinə ehtiyac qalmır: “Vəziyyətdən asılı olaraq qərar qəbul olunarsa, postlar yenidən qurula bilər.”
Miq.Az
araz.az xəbər portalı.