“Rahat ” marketdən 1 qəpiklik ələsalma – Foto

rahatYay fəslinin sayılı günləri qalsa da, mövsüm meyvələrinin qiymətində ucuzlaşma olmadı. Xüsusən də marketlərdə meyvə-tərəvəzin qiyməti “od tutub yanır”. Amma bəzi supermarketlər isə müştəriləri ələ salmaqla məşğuldur.

Reportyor.info-nun xəbərinə görə, elə bir faktla “Rahat” marketdə üzləşən istehlakçı meyvənin qiymətindəki “fantastik endirimi” müşahidə edib. Onun paylaşımından da görünür ki, “Rahat” marketlər şəbəkəsi almanın qiymətinə 1 qəpik endirim edərək 99 qəpikdən 98 qəpiyə salıb.

Və bunu böyük reklamla, gözə soxmaqla təqdim edən marketin qiymət “siyasəti”ni heç cür anlamaq olmur: ya müştəriləri ələ salır, ya da vətəndaşlar bisavad, cahil hesab edir, fırıldağa yol verir. Qeyd edək ki, internet resurslarında “Rahat” marketdən müxtəlif şikayətlərə rast gəlmək olur.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir