Türkiyənin həmsədrliyə gətirilməsi… – Hikmət Hacıyevdən özəl açıqlama

hikmet haciyevRusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi işğalçı Ermənistanı silahlandırması fonunda həmsədr dövlətlərin tərkibinin genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib.

Azərbaycan Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarını müzakirəyə çıxara bilərmi?

Minsk qrupunun həmsədr dövlətlərin tərkibinin dəyişdirilməsi, Türkiyənin həmsədrliyə gətirilməsi məsələsinin mümkün olub-olmadığını Teleqraf.com-a şərh edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Minsk qrupunun tərkibində olan 11 dövlətdən birinin Türkiyə olduğunu xatırladıb.

“Sadəcə olaraq bizim istəyimiz ondan ibarətdir ki, Minsk Qrupunun tərkibində olan bütün dövlətlərin prosesdə daha da aktiv iştirak etməsi üçün şərait yaradılmalı və tam tərkibdə görüşü keçirilməlidir”, – deyə Prezidentin köməkçisi qeyd edib.

{loadmoduleid 255}

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir