Erməni hərbçiləri daşıyan alman təyyarəsinə Türkiyədən qadağa

teyyare almanTürkiyə Almaniya Hava Qüvvələrinə məxsus təyyarənin Ermənistana uçuşuna icazə verməyib.

Turkustan.info-nun məlumatına görə, bu barədə Almaniyanın Federal Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, iyulun sonunda Kölndən İrəvana uçmalı olan təyyarənin Türkiyə üzərindən keçməsinə razılıq verilməyib.

Məlumatda qeyd olunur ki, təyyarə erməni əsgərlərini Almaniyaya hərbi təlimlərə aparmaq məqsədi daşıyıb.

“Spiegel” Türkiyənin imtina ilə bağlı heç bir səbəb göstərmədiyini yazıb.

Erməni hərbçilər Almaniyaya başqa marşrutla getməli olublar.  /Teleqraf.com/

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir