Qanunsuz ov edənlər 1000 manat ödəyəcəklər

ovcu 0458Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Xanagah kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

araztv.com bildirir ki, bunu Trend-ə xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib:

“Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Müşviq Quliyev, Bakı şəhər sakinləri Şahlar Həsənov və Elşad Əyyubov olduğu məlum olub, onlardan ov tüfəngləri və patron götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir