Litvada koronavirusa yoluxanların sayı 2694 nəfərə çatıb

876072Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 21 nəfər artaraq 2694 nəfərə çatıb.

 AZƏRTAC bildirir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 613 min 324 nəfər müayinə olunub.

Məlumata əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4557 nəfərdən analiz götürülüb.

Ölkədə 85 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1785 nəfər təşkil edib. Litvada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir