
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Dağıstan Respublikasının Gənclərlərlə İş üzrə Nazirliyinin təşkil etdiyi tədbir Rusiyanın əsas dövlət simvolu – bayrağı gününə həsr olunmuş “Vətənimin rəngləri” ümumrusiya aksiyası çərçivəsində keçirilib.
Nazirlikdən bildirilib ki, qədim qala divarlarından birinə asılmış bayrağın tutduğu sahə 600 kvadratmetr olduğundan respublikada ən böyük bayraq sayılır.
Xatırladaq ki, Dərbənd şəhəri 1796-cı ilədək, yəni Rusiya işğalınadək Azərbaycanın, o cümlədən Şah İsmayılın qurduğu Səfəvilər dövlətinin tərkibində Dərbənd xanlığının mərkəzi olub. 3-cü əsrdir Rusiya işğalında qalan Dərbəndin Azərbaycan- türk əhalisinə qarşı davamlı olaraq müxtəlif yollarla assimilyasiya siyasəti yürüdülür…
Sultan Laçın
araz.az xəbər portalı.