Üç klub Messi ilə müqavilə bağlamaq istəyir – Siyahı

1598121657 5f3ecb64ae298ba65b140669“Barselona”nın argentinalı hücumçusu Lionel Messini almağa iddialı klubların adları açıqlanıb.

Reyting.az xarici KİV-ə istinadla bildirir ki, daha çox şansı olanlar bunlardır: Fransanın PSJ, İtaliyanın “Yuventus” və “İnter” klubları.

Məlumata görə, PSJ argentinalının keçidi üçün böyük məbləğ təklif etmək imkanındadır, ancaq Messi İtaliyada İspaniya ilə müqayisədə az vergi ödəyəcək. Bu amilin Messinin seçiminə təsir göstərəcəyi də istisna olunmur.

Avqustun 21-də məlum olub ki, “Barselona”nın rəhbərliyi 33 yaşlı ulduz oyunçunun satıla biləcəyinə işarə edib. Bununla belə, “Barselona” Messinin klubda qalmasına da səy göstərir. Argentinalının Kataloniya klubu ilə indiki müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Reyting.az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir