Qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakının bəzi küçə və prospektdə işıqforların işində fasilələr yaranıb.
araztv.com xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin təmir briqadaları işıqforların fəaliyyətinin bərpası istiqamətində iş aparır: “Sürücülərdən xahiş edirik ki, işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər”.
araztv.com
araz.az xəbər portalı.