“Barselona”nın ulduzları məşhur baş məşqçinin gəlişinə etiraz etdilər

873692“Barselona”nın sabiq baş məşqçisi Kiki Setyenin Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesablı biabırçı məğlubiyyətdən sonra istefaya göndərilməsinin ardınca Kataloniya klubunda bu posta Maurisio Poçettinonun gətiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Offsideplus.az xəbər verir ki, “Barselona”nın əsas oyunçuları bu məsələyə reaksiya veriblər.

Belə ki, “kataloniyalılar” argentinalı mütəxəssisin komandanın “sükanını” ələ keçirməsinə kəskin şəkildə etiraz ediblər.

Qeyd edək ki, 48 yaşlı mütəxəssisin son klubu İngiltərə “Tottenhem”i olub.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir