“Bandotdel” ƏMƏLİYYAT keçirdi — Silah anbarı aşkarlandı- FOTO

police emeliyat

 
 
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları İmişli şəhərində əməliyyat keçirib.

DİN-dən “Ölkə.Az”a verilən məlumata görə, qurumun əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, 5 ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, 1 ədəd “ME-800 General” markalı qaz tapançası, 1 ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir