Elman Paşayev vəkil statusundan məhrum edildi

bandicam 2020 09 19 14 25 44 434Elman Paşayev vəkil statusundan məhrum edildi

Rusiyanın Şimali Osetiya Vəkillər Palatası Elman Paşayevi vəkil statusundan məhrum edib.

araztv.com  Trend-ə istinadən bildirir ki,  bunu Rusiyanın Federal Palatası bildirib.

Qeyd olunur ki, E.Paşayevin fəaliyyətində intizam pozuntuları aşkar edilib.

Onun vəkillik statusunun ləğv olunması üçün Rusiya Ədliyyə Nazirliyi Şimali Osetiya Vəkillər Palatasına təqdimat vermişdi.

Xatırladaq ki, bir müddət əvvəl Elman Paşayevin müdafə etdiyi rusiyalı aktyor Mixail Yefremov ölümlə nəticələnən yol qəzası törətdiyi üçün 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir