Yatağa məhkum olan Ramiz Əzizbəyli: “İstəmirəm unudulum”

118517531 1169727793409131 2467246448477809409 n 750x403“Bir il 9 aydır ki, yatağa məhkum olmuşam. Yatmaqdan başqa heç bir işim yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında uzun müddətdir ki, xəstəliklə mübarizə aparan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli səhhətindən danışarkən deyib.

Aktyor çox darıxdığını lakin əlindən heç nə gəlmədiyini bildirib:

“Bilirsiniz ki, ayaq barmaqlarım amputasiya olunub. Hərəkət edə bilmirəm, evdən bayıra çıxmıram, yaradıcılığımdan uzaq düşmüşəm. Bütün günüm evdə, dörd divar arasında, yataqda keçir. Tamşaçılar, kino üçün çox darıxıram. İnsanlarla ünsiyyətə ehtiyacım var. Bir gün gəlin, danışaq, ürəyim doludur, deməyə sözüm var, danışmaq istəyirəm. İstəmirəm unudulum”.

Qeyd edək ki, xalq artistinin ayağında qanqrena yarandığı üçün 2018-ci il dekabrın 27-də ayaq barmağı amputasiya olunub.

Cəvahir

www.yenicag.az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir