“Mən etdiyim işi heç vaxt gizlətmirəm…” — Ziya Məmmədov Ramiz Mehdiyevin nəvəsinin toyundan DANIŞDI (EKSKLÜZİV)

ZiyaMemmedov006Keçmiş nəqliyyat naziri Ziya Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb. 

Ziya Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir:

“O insanlar məhkəmənin qərarı ilə cəzalandırılıblar. Ona görə də mən bu məsələyə əlavə şərh vermək istəməzdim. Şübhəsiz ki, hamı qayda-qanunlara əməl etməlidir. Mən hər zaman qanunların tələblərini dəstəkləyirəm. Qayda-qanun hamı üçün eynidir. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq, hamı qanunların tələblərinə əməl etməlidir”.

Ziya Məmmədov sözügedən toy mərasimində iştirak etmədiyini söyləyib:

“O toyda mənim iştirakımla bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən isə cəfəngiyyat adamı deyiləm. Mən etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub”.

Zaur Hacılı
Demokrat.az 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir