“Abel Məhərrəmovla bağlı qərarı rektor verməlidir” – YAP-dan AÇIQLAMA

1598100395 1585590892 91432771 505875650085736 7447748534243164160 nXəbər verdiyimiz kimi, avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev bildirib ki, Abel Məhərrəmovla bağlı qərarı  BDU-nun rektoru verməlidir:
“Abel Məhərrəmov YAP-ın üzvü olmağına baxmayaraq, BDU-nun Üzvi kimya kafedrasının müdiri olduğuna  görə onunla bağlı qərarı biz verə bilmərik.
Karantin qaydasını pozduğuna, məclisdə iştirak etdiyinə görə onu BDU-nun rektoru Elçin Babayev cəzalandırmalıdır”.
 
Miq.Az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir