Ramiz Mehdiyevin kürəkəni və onun qudası həbs edildi – 15 sutka (Yenilənib)- FOTOLAR +VİDEO

a2f92741c3f43677d4fe43e8ce278695.jpgAMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə qərarı ilə həbs ediliblər.

Musavat.com xəbər verir ki, onlara karantin qaydalarını pozduqları üçün məhkəmə qərarı ilə 15 sutka inzibati qaydada cəza verilib.

Hər iki şəxs Abşeron Rayon Məhkəməsinin qərarı ilə məhkəmə iclas zalında həbs ediliblər.

 

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev karantin dövründə nəvəsinə toy məclisi təşkil edib.

Bir neçə gündür ölkə gündəmində ciddi müzakirələr gedir və artıq ölkə rəhbərliyi səviyyəsində məsələ nəzarətə götürülüb.

 

[bt_youtube url=”https://youtu.be/eA3Yxeh9Ctk” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

İlkin Muradov
Musavat.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir